Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri ilə görüşdə İranın Rusiyaya hərbi dəstəyinin dayandırılması barədə xəbərdarlıq edib.
Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.
"İran-Avropa İttifaqı münasibətlərinin pisləşməsi fonunda İranın xarici işlər naziri ilə İordaniyada zəruri görüşümüz oldu. Rusiyaya hərbi dəstəyin və İranda daxili repressiyaların dərhal dayandırılmasının vacibliyini vurğuladım. Biz kommunikasiya kanallarını açıq saxlamaq və Vyana danışıqları əsasında Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı razılaşdıq", Borrell qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İran
Avropa-İttifaqı