Paris-London qarşıdurması Qafqaza çatdı – MI6 Paşinyanı ələ alıb?

2022/12/0b298-1671531940.jpg
Oxunub: 798     16:43     20 Dekabr 2022    
Böyük Britaniyanın baş naziri Rişi Sunak Riqada Birləşmiş Ekspedisiya Qüvvələrinin toplantısında iştirak edib. O, burada Ukraynaya yüz minə yaxın artilleriya mərmisinin veriləcəyini bildirib. Birləşmiş Ekspedisiya Qüvvələri Şimali Avropa və Baltikyanı ölkələrin birliyidir və Böyük Britaniyanın təşəbbüsü ilə 2014-cü ildə həmin zona ölkələrinin təhlükəsizliyini qorumaq üçün yaradılıb. Qrup Böyük Britaniya, Danimarka, Estoniya, Litva, Latviya, Norveç, Finlandiya, İsveç, Niderland və İslandiyadan ibarətdir.

Dekabrın 19-da keçirilən görüş bir qədər fərqli xarakter və miqyasda olan, lakin bir neçə gün əvvəl Parisdə Fransanın təşəbbüsü və sədrliyi ilə baş tutan daha bir görüş fonunda diqqətəlayiqdir. Bu iclasın məqsədi Ukraynaya qış aylarında təcili dəstək verilməsi ilə bağlı olub. İclasa Fransa prezidenti sədrlik edib. Digər ölkələrin birinci şəxsləri, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula Von Der Leyen, Almaniyanın xarici işlər naziri, həmçinin ABŞ, Avropa və bir sıra digər ölkələrin nümayəndələri iştirak edib. Fransa xarici işlər naziri bildirib ki, görüş zamanı bir milyard dollara yaxın yardım toplanılıb və bu yardım əsasən Ukraynanın enerji ehtiyaclarına yönəldiləcək.

Bu iki toplantının bir-biri ilə birbaşa əlaqəsi olmaya bilər, lakin Fransanın sədrliyi ilə keçirilən tədbirin fonunda ingilislərin təşəbbüsü ilə Şimali Avropa toplantısı diqqəti çəkir, bu toplantının məqsədi təkcə Ukraynaya dəstək məsələsində İngiltərənin rolunu müzakirə etmək deyil. Qərbdə ümumilikdə Ukraynaya dəstək məsələsi uzun müddətdir ki, təkcə Rusiyaya qarşı mübarizəni deyil, həm də Qərb, Avroatlantik sahədə bir-birləri arasında rolların və münasibətlərin, qüvvələr balansının aydınlaşdırılması məsələsini nəzərdə tutur. Burada Fransa və Britaniya iki əsrlik rəqibdir. Bu mövzu son dərəcə genişdir, lakin indiki halda bu hadisələr silsiləsi Cənubi Qafqaz regionu üçün xüsusilə diqqətəlayiqdir.

Bu konteksdə Böyük Britaniya Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Murun İrəvana sədəri diqqət çəkir. O, burada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Şübhə yoxdur ki, səfər gündəm məsələləri və maraqlarla dolu olub və səfərin praktiki olaraq regional xarakter daşıması da istisna edilmir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin