Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, Böyük Britaniyanın hakimiyyət orqanları gələn il Ukraynaya artilleriya sursatlarının fasiləsiz axınına imkan verəcək 250 milyon funt sterlinq (304 milyon ABŞ dolları - Red) məbləğində müqavilə bağlayıb.
Eyni zamanda, bu il Britaniya hökuməti Kiyevə 100 mindən çox artilleriya sursatı göndərib.
Ukraynaya yeni hərbi təchizatla bağlı Britaniya hakimiyyəti Riqada keçiriləcək Birgə Ekspedisiya Qüvvələrinin sammiti ərəfəsində bəyan edəcək. Sammitdə krallığın Baş naziri 2023-cü ildə həmkarlarını ən azı Ukraynaya yardımın həcmini indiki səviyyədə saxlamağa çağıracaq.
Ukrayna prezidenti Volodimir Zelenski sammitdə videoformatda iştirak edəcək. Bildirilib ki, tədbir zamanı liderlər Ukraynaya hava hücumundan müdafiə sisteminin təmin edilməsində yardımın göstərilməsini müzakirə edəcəklər.
Daha sonra Sunak Estoniyaya gedəcək və burada Britaniya hərbçiləri ilə görüşəcək. Bundan əlavə, Britaniyanın Baş naziri estoniyalı həmkarı Kaja Kallas ilə danışıqlar aparacaq. Tərəflər innovativ texnologiyalar sahəsində tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.
Ordu.az