NATO Ekspedisiya Qüvvələri ölkələrinin rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

2020/04/img_2-1585995832.jpg
Oxunub: 283     19:11     18 Dekabr 2022    
Şimali Atlantika Alyansının Birgə Ekspedisiya daxil olan ölkələrin liderləri bazar ertəsi Riqada regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə bazar günü Latviyanın paytaxtına görüşə gedən Litva prezidenti Qitanas Nausedanın mətbuat xidməti məlumat verib.

Dövlət başçıları - Litva, Latviya, Estoniya, Böyük Britaniya, Danimarka, İslandiya, Hollandiya, Norveç, İsveç və Finlandiya, ekspedisiya korpusunun gələcək aylar üçün planlarını və daha uzun perspektivi müzakirə edəcəklər. Eyni zamanda kəşfiyyat mübadiləsi, İsveç və Finlandiyanın NATO-ya tam daxil olmasından sonra Baltikyanı regionda və alyansın şimal cinahındakı vəziyyət müzakirə olunacaq.

İclas iştirakçıları həmçinin Ukraynaya yardım planlarını, hibrid təhdidlərə cavab tədbirləri və kritik infrastrukturun qorunması üçün çağırışları nəzərdən keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Böyük Britaniyanın rəhbərlik etdiyi NATO Ekspedisiya Qüvvələri ümumi gücü təxminən 10 000 hərbçidən ibarət yüksək hazırlıqlı hərbi birləşmədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ekspedisiya-Qüvvələri  


Bizi "telegram"da izləyin