Zelenski mühüm beynəlxalq tədbirin anonsunu verib

2022/07/2d55a-1658514286.jpg
Oxunub: 370     08:47     18 Dekabr 2022    
Prezident Volodimir Zelenski mühüm beynəlxalq tədbirləri açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, axşam videomüraciətində bildirib.

“Biz artıq yaxın gələcək üçün planlaşdırılan, təkcə ənənəvi siyasi auditoriyaları deyil, həm də sülhə dəyər verən və Rusiyaya qarşı müdafiəmizi dəstəkləməyə hazır olan bütün dünya xalqlarını əhatə edən həm siyasi, həm də daha qlobal beynəlxalq tədbirlərə hazırlaşırıq. Hər şeyi görəcəksiniz”, - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, bazar ertəsi Şimali Avropa ölkələrinin liderlərinin görüşü baş tutacaq. Söhbət Böyük Britaniya, Finlandiya, Latviya, Litva, Estoniya, İslandiya, Hollandiya, İsveç və Norveç liderlərindən gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Zelenski  


Bizi "telegram"da izləyin