Nigerə təhvil veriləcək “Hürkuş” təyyarəsi ilk dəfə nümayiş etdirilib

2022/12/Nijer-1671275287.jpg
Oxunub: 291     14:01     17 Dekabr 2022    
Türkiyənin TUSAŞ şirkəti tərəfindən Nigerə ixrac edilən “Hürkuş” yüngül hücum və əsas təlim təyyarəsi ilk dəfə nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, “Hürkuş”un sınaq pilotu Murat Özpala Nigerə veriləcək təyyarənin forosunu paylaşıb.

Nigeriya bayraqlı təyyarənin tezliklə təhvil veriləcəyi gözlənilir.

“Hürkuş”un Nigerə ixrac edildiyi barədə məlumat ilk dəfə 18 noyabr 2021-ci ildə prezident Ərdoğan tərəfindən açıqlanıb. Niger, həmçinin Türkiyədən “Bayraktar TB2” tədarük edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hürkuş  


Bizi "telegram"da izləyin