“Qarabağdakı rus qoşunlarını sülhməramlı adlandırmaq düzgün deyil” - Qukasyan

2022/11/1668508061.jpg
Oxunub: 635     17:43     16 Dekabr 2022    
“Əslində, Qarabağdakı rus qoşunlarını sülhməramlı adlandırmaq düzgün deyil. Bu, Rusiyanın müdaxiləsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Konstruktiv Partiyasının sədri Andrias Qukasyan bildirib.

Onun sözlərinə görə, çox çətin vəziyyət var və bütün bunları bəhanə edərək Türkiyə-İran müharibəsinin başlaya biləcəyi böyük təhlükə var.

Qukasyan qeyd edib ki, belə bir halda böhranın gərginləşmədən qarşısını almaq üçün bütün səylər göstərilir.

“ABŞ-ın bu böhrana cavab olaraq Gürcüstanda öz qoşunlarını yerləşdirməsi olduqca proqnozlaşdırılandır, bunsuz humanitar proqramları həyata keçirmək mümkün deyil. Buna görə də proqnozlar üçün münbit zəmin yoxdur və vəziyyət çox sürətlə inkişaf edir”, - deyə o bildirib.

Erməni siyasi xadim vurğulayıb ki, Ermənistan rəhbərliyinin hər hansı məsələ ilə bağlı ABŞ-a müraciət edə biləcəyini düşünmür, çünki Ermənistanın ABŞ-la strateji əməkdaşlıqdan imtina etməsinin yaddaşı hələ də təzədir.

“Əslində, Qarabağdakı rus qoşunlarını sülhməramlı adlandırmaq düzgün deyil. Bu, Rusiyanın müdaxiləsidir, Rusiya tərəfi qərar verməlidir ki, bu müharibəni qızışdırsın, yoxsa qızışdırmasın. Əgər onlar bir neçə saat ərzində Laçın dəhlizini açsalar, Türkiyə ilə İran arasında münaqişənin qarşısını ala bilərlər və bunu bacarmasalar, müharibə qaçılmaz ola bilər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin