“Aİ müşahidəçilərinin müddətinin uzadılmamasında Ermənistana Rusiyanın təsiri olub” - Qukasyan

2022/12/1671102392.jpg
Oxunub: 537     21:18     15 Dekabr 2022    
Brüssel Aİ-nin Ermənistandakı müşahidəçi missiyasının gələn həftə başa çatacaq mandatını uzatmayacaq. Bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrel bildirib. O qeyd edib ki, belə bir qərar Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında qəbul edilib.

Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, Ermənistan və Azərbaycan ətrafında diplomatik sferada baş verənlər barədə məlumat çox azdır, ona görə də əsaslı fikir söyləmək imkanı yoxdur.

“Amma aydındır ki, Avropa İttifaqının müşahidə missiyası vəziyyətin sabitləşməsinə müsbət töhfə verib. O da aydındır ki, Laçın dəhlizində baş verənlər onsuz da kövrək olan sabitliyi daha da gərginləşdirir. Bu, məncə, ağır nəticələrə gətirib çıxara bilər”, - deyə Qukasyan qeyd edib.

Erməni politoloq bildirib ki, Ermənistanın qərarında Rusiyanın da rolu ola bilər.

“Belə bir şey ola bilər. Bunu Rusiyanın yüksək rütbəli diplomatik bəyanatları da sübut edir, onlar həmin missiya ilə bağlı qərarı, həmin missiyanın fəaliyyətini mənfi qiymətləndirirlər. Güman edirəm ki, bu, Rusiyanın təsirinin də birbaşa nəticəsi ola bilər. Rusiya eskalasiyaya siyasi məqsədlərinə çatmaq üçün siyasi alət kimi baxır. 30 ildir ki, biz Rusiyanın bu cür vasitələrlə öz siyasi məqsədlərinə çatdığını görmüşük. Sülh yolu ilə nizamlanma baxımından Rusiyanın rolu mənfidir. Rusiya bu münaqişənin saxlanmasına həmişə kömək edib və bu gün də kömək edir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin