Kanadada hərbi baza yaxınlığında mülki təyyarə qəzaya uğrayıb

2022/11/7878-1669557385.jpg
Oxunub: 208     01:29     15 Dekabr 2022    
Kanadanın Nyufaundlend və Labrador əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

Ordu.az xəbər "CBC" telekanalına istinadən xəbər verir ki, insident Kanada Silahlı Qüvvələrinin bazası yaxınlığında baş verib. Kiçik təyyarə "Happy Valley-Goose Bay" hava limanından 5 kilometr aralıda meşə zolağına düşüb.

Hadisə nəticəsində təyyarədə olan 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Təyyarə-qəzası  


Bizi "telegram"da izləyin