Kosovo Aİ-yə üzvlük üçün ərizə imzalayıb

2022/12/333-1671028337.jpg
Oxunub: 280     18:00     14 Dekabr 2022    
Kosovo Avropa İttifaqına üzvlük üçün ərizə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vyosa Osmani “Twitter“də yazıb.

Ərizəni Kosovo Prezidenti, hökumət başçısı və parlamentin spikeri imzalayıb.

Ərizəyə Aİ-dən hələlik heç bir reaksiya verilməyib. Aİ üzvlərindən İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya Kosovonun müstəqilliyini tanımayıb.

Xatırladaq ki, Serbiya Aİ-nin bu beş ölkəsinə, həmçinin Macarıstana bu təşəbbüsün qarşısını almaq üçün müraciət edəcəyini bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosovo    


Bizi "telegram"da izləyin