Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, vəziyyəti o həddə çatdıracaqlarını güman edirlər ki, nəyə imza atsalar da, 10 noyabr 2020-ci ildə 30.000 əsgərin həyatını xilas etdiklərini elan etdikləri kimi, bunu minlərlə insanın həyatına fidyə kimi təqdim edəcəklər.
“Buna görə də güman edilir ki, Laçın yolunun bir müddət bağlanması hakimiyyətə müqavimət göstərilsə və Azərbaycanın istədiyi verilməsə nələrin baş verə biləcəyini göstərmək üçün faydalıdır. Pessimistlər deyirlər ki, Paşinyan Zəngəzur dəhlizini sonda təhvil verəcək və 120.000 Qarabağ sakininin humanitar böhrandan xilas olduğunu bəyan edəcək”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az