Ordu.az xəbər verir ki, aksiya iştirakçılarının sayı günbəgün artır. Aksiya baş tutan əraziyə böyük Azərbaycan Bayrağı gətirilib.
Etirazçılar tələb irəli sürərək bildiriliblər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün, onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.
Aksiya iştirakçıları, həmçinin, “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarları səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Ordu.az