Britaniya və Səudiyyə Ərəbistanı müdafiə sahəsində əməkdaşlığı genişləndirir

2022/12/1670994331.jpg
Oxunub: 222     03:40     14 Dekabr 2022    
Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək planını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Müvafiq sənədi Londonda Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və onun səudiyyəli həmkarı, şahzadə Halid bin Salman Əl Səud imzalayıblar.

Plan iki ölkənin ümumi təhlükəsizlik problemlərinin həlli üçün, o cümlədən müntəzəm dialoq və məsləhətləşmələr, təhsil və təlim, habelə müdafiə imkanlarının yaradılmasıa böyük dəstək olacaq.

“Plan Böyük Britaniyanın Səudiyyə Ərəbistanı Krallığı ilə regional təhlükəsizlik və sabitliyi gücləndirmək üçün işləmək üçün güclü öhdəliyini təsdiqləyir”, -sənəddə deyilir.

Uolles planın imzalanmasını qarşılıqlı və regional sabitliyin qorunması naminə əməkdaşlığı inkişaf etdirməyə çalışan iki ölkə arasında münasibətlərdə əsas mərhələ adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Səudiyyə  


Bizi "telegram"da izləyin