Britaniya İrana qarşı sanksiyaları genişləndirdi

2022/12/brita-1670940319.jpg
Oxunub: 231     16:35     13 Dekabr 2022    
Böyük Britaniya hökuməti iranlı iş adamlarına və rəsmilərinə yeni sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Onlar Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükündə iştirak etməkdə ittiham olunurlar.

Sanksiyalar “Oje Parvaz Mado Nafar” şirkətinə, onun direktoru Yusif Abutalebiyə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Abdulla Mehrabi və İran Aviasiya Sənayesi Təşkilatının rəhbəri Afşin Haceh Fərda tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Rusiya və İran arasında hərbi əməkdaşlığın Böyük Britaniyada dərin narahatlıq doğurduğunu, çünki bu tərəfdaşlığın qlobal təhlükəsizliyə təhdid yaratdığını bildirmişdi. O bildirib ki, İran Ukraynadakı münaqişə zamanı Rusiyaya əsas silah tədarükçülərindən biridir və Moskvaya yüzlərlə pilotsuz təyyarə verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran  


Bizi "telegram"da izləyin