NATO və Finlandiya ordusu Baltik dənizində birgə hərbi təlimlər keçirib

2022/12/image-1670929489.jpg
Oxunub: 247     15:44     13 Dekabr 2022    
Finlandiya Hərbi Dəniz Qüvvələrinin Baltik dənizində təşkil etdiyi “Freezin winds” (Dondurucu Küləklər) hərbi təlimində NATO əsgərləri də iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə NATO-nu təşkilatın “Daimi Dəniz Qrupu 1” (SNMG1) və “Daimi Minalara Qarşı Tədbirlər Qrupu 1” (SNMCMG1) təmsil edib.

“NATO-nun tərəfdaş ölkəsi Finlandiyada ən böyük dəniz təlimlərindən biri olan “Freezin winds” həm Finlandiya Hərbi Dəniz Qüvvələrinə, həm də iştirakçı ölkələrə və NATO-ya Baltik dənizi regionunda dəniz təhlükəsizliyi və təhlükəsizliyinin artırılmasına töhfə verən dəyərli təlim imkanları təqdim edib. Təlim çoxmillətli birgə qüvvələr arasında qarşılıqlı fəaliyyətə yönəldilib”, - deyə açıqlamada bildirilir.

Finlandiya körfəzi və Arxipelaq dənizi bölgələrində keçirilən təlimdə müxtəlif ssenarilərdə 23 gəmi və təxminən 5000 əsgər iştirak edib. Təlim çərçivəsində iştirakçılar hava hücumundan müdafiədən tutmuş mina əleyhinə tədbirlərə və sualtı döyüşlərdən tutmuş əks səth tədbirlərinə qədər geniş çeşiddə dəniz döyüşü bacarıqları üzrə tapşırıqlar icra edib.

Regional topoqrafiya və mövsümi hava şəraiti də dəniz naviqasiyası baxımından intensiv təlim imkanları yaradıb. Təlimdə Finlandiya, Belçika, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Hollandiya, Norveç, İsveç, Böyük Britaniya və ABŞ iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Finlandiya  


Bizi "telegram"da izləyin