Səfər çərçivəsində Qriqoryanın bir sıra işgüzar görüşləri olacaq.
Ordu.az xəbər verir ki, Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri, erməni politoloq Stepan Qriqoryan planlaşdırılan səfərləri Ermənistanın təhlükəsizlik siyasətinin şaxələndirilməsi kontekstində dəyərləndirir.
“Bu, keçən il başladı. Təhlükəsizlik Şurasının katibi Fransada, Almaniyada və bu il bir çox Avropa ölkələrində olub. Mən bunu eyni kontekstdə hesab edirəm. Nəticələrin necə olacağını demək çətindir, bunu zaman göstərəcək, lakin bu səfərlər açıq şəkildə göstərir ki, təhlükəsizlik sektorunun şaxələndirilməsinə cəhd edilir”, - deyə Qriqoryan qeyd edib.
Erməni politoloq vurğulayıb ki, bu gün Rusiya Ermənistanın təhlükəsizliyini təmin etmir və bu faktı gizlətmir.
Alpər Mövludoğlu
Ordu.az