Paşinyan çoxlu sayda ağır hərbi texnikanı Qarabağdan çıxarmağı tapşırıb

2021/08/46775-1629721989.jpg
Oxunub: 3239     11:43     13 Dekabr 2022    
Dekabrın 3-də azərbaycanlı ekoloqlar ekoloji problemlə əlaqədar olaraq Laçın yolunu bağlayarkən İlham Əliyev həmin yoldan hərbi texnikanın daşındığını bildirib və zəmin hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, bu bəyanatları qəbul edən və İlham Əliyevin növbəti tələbini yerinə yetirən Paşinyan İlham Əliyevə silahlanmadığını, əksinə, separatçıları tərksilah edəcəyini sübut etmək üçün çoxlu sayda ağır hərbi texnikanı Qarabağdan çıxarmağı tapşırıb.

“Lakin digər hallarda olduğu kimi bu alçaldıcı addım da Paşinyanı xilas edə bilmədi və həftələr sonra ekoloqlar Laçın dəhlizini bağladılar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin