“Aİ-nin Qarabağda bizə vəziyyəti daha yaxşı anlamağa imkan verəcək mövcudluğu yoxdur” - Peter Stano

2022/12/1670916721.jpg
Oxunub: 316     11:30     13 Dekabr 2022    
“Aİ dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır. Biz də bugünkü hadisələri yaxından izləyirik”.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Peter Stano deyib.

Onun sözlərinə görə, Aİ-nin Qarabağda vəziyyəti daha yaxşı anlamağa imkan verəcək mövcudluğu yoxdur.

“Aİ-nin Qarabağda bizə vəziyyəti daha yaxşı anlamağa imkan verəcək mövcudluğu yoxdur, lakin biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan xəbərlərini izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq. Aİ fəaliyyətdə təmkinli olmağa və təxribatçı ritorikadan çəkinməyə dair çağırışlarını təkrarlayır. Aİ həmçinin Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çox ehtiyac duyulan danışıqların nəticə verəcəyinə və gərginliyi azaldacağına ümid etdiyini bildirir”, - deyə Stano qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qarabağ  


Bizi "telegram"da izləyin