Armen Qriqoryan Britaniya dövlət naziri və Mİ6 rəhbəri ilə görüşüb

2022/12/63946-1670680712.jpg
Oxunub: 262     10:14     13 Dekabr 2022    
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti və Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi Mİ6-nın rəhbəri Riçard Murla görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Böyük Britaniyada işgüzar səfərdə olan Qriqoryan 12 dekabrda keçirdiyi görüş zamanı həmsöhbətləri ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Britaniya  


Bizi "telegram"da izləyin