Brüssel əvəzinə Sankt-Peterburq?| Danışıqlar çərçivəsində format mübarizəsi

2022/11/1667381273.jpg
Oxunub: 501     19:30     12 Dekabr 2022    
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq bildirib ki, tərəflər hazır olsa, Rusiya Paşinyanla İlham Əliyev arasında görüş təşkil etmək üçün öz dəstəyini göstərməyə hazırdır. “Rusiya təbii ki, öz ərazisində belə bir görüşün keçirilməsi üçün lazımi yardımı göstərməyə hazır olacaq”, - deyə Peskov bildirib.

Ola bilsin ki, görüş ilin sonuna yaxın MDB ölkələrinin liderlərinin ənənəvi olaraq görüşdüyü Sankt-Peterburqda baş tutsun. Peskov qeyd edib ki, MDB formatında belə qeyri-rəsmi görüşün təşəbbüskarı olmaq niyyəti var.

Moskvada KTMT ölkələrinin Parlament Assambleyasından qayıdan Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, İrəvan Paşinyanla İlham Əliyev arasında ilin sonuna qədər görüşünü istisna etmir və yalnız görüş Brüssel variantı ilə məhdudlaşmır. Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi, lakin baş tutmadı, çünki Azərbycan Fransa prezidentinin iştirakı ilə görüşdən imtina etdi.

Beləliklə, Brüsseldəki görüş Ermənistan və Fransanın təxribatları ilə ən azı indiki məqamda uğursuzluğa düçar oldu və “inkişaf” oktyabrın 6-da Praqanın “xətti” yox, oktyabrın 31-də Soçinin “xətti” ola bilər.

Maraqlıdır ki, görüşün baş tutmayacağı məlum olduqdan sonra nə rəsmi Brüssel, nə də rəsmi Paris açıqlama verməyib. Ya Brüssel formatına cavabdeh olanlar bilərəkdən müəyyən fasiləyə gediblər, ya da hələ də təkcə İrəvan və Bakı deyil, Paris və Brüssel, ola bilsin, Paris və Vaşinqton arasında fikir ayrılığı var.

Emmanuel Makron ötən günlərdə Vaşinqtonda dövlət səfərində idi, burada səmimi və bəlağətli qəbula baxmayaraq, tərəflər arasında prinsipial fikir ayrılıqları kifayət qədər nəzərə çarpırdı. Moskva isə bundan yararlanmağa və “Soçi xətti”ni inkişaf etdirməyə çalışır.

Asif Cəfərov
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   Ermənistan  


Bizi "telegram"da izləyin