Kreml: Moldova MDB sammitlərində iştirak etməməyə üstünlük verir

2021/09/15483-1630570894.jpg
Oxunub: 250     15:49     12 Dekabr 2022    
Moldova MDB çərçivəsində bir sıra sazişlərdən çıxmağa üstünlük verir, onun Prezidenti Maya Sandu isə Birliyin sammitlərində iştirak etmir.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Sandunun MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitinə gəlib-gəlməyəcəyi ilə bağlı sualına cavabında deyib.

“Sandu özü bu yaxınlarda bu mövzuda danışdı ki, praqmatik mülahizələrə əsaslanaraq, Moldova MDB çərçivəsində bir sıra sazişlərdən çıxmağa üstünlük verir. Sandu özü, bildiyiniz kimi, MDB sammitlərində iştirak etmir", deyə Peskov vurğulayıb.

Qeyd edək ki, yeni il qabağı Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Rusiya  


Bizi "telegram"da izləyin