Kosovonun şimalındakı serb məktəbləri fəaliyyətini dayandırıb

2022/12/1670737327.jpg
Oxunub: 258     02:27     12 Dekabr 2022    
Serb təhsil sistemində fəaliyyət göstərən və Kosovonun şimalında yerləşən məktəblər regionda vəziyyətin gərginləşməsi səbəbindən bazar ertəsi açılmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə bazar günü axşam “Kosovo Online” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkənin şimalındakı təhsil müəssisələrinin bağlı qalacağı müddət hələ müəyyən edilməyib.

Kosovo və Metohiyadakı serblərin lideri Qoran Rakiç bazar günü Kosovonun şimalındakı vəziyyətlə bağlı vətəndaşları və KİV-i məlumatlandırmaq məqsədilə böhran qərargahının yaradıldığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosovo   Serbiya  


Bizi "telegram"da izləyin