Serbiyanın Baş naziri: Aİ öhdəsinə düşən işi yerinə yetirməlidir - YENİLƏNİB

2022/12/fsdf4-1670778862.jpg
Oxunub: 1208     20:27     11 Dekabr 2022    
Serbiyanın Baş naziri Ana Brnabiç “Beşlik” ölkələrini (ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya) və Aİ ölkələrini Kosovonun şimalındakı barrikadaların yığışdırılması ilə məşğul olmağa deyil, məsələnin mahiyyətini qavramağa çağırıb.

Ordu.az-ın xəbərinə görə, baş nazir bildirib ki, Kosovonun şimalındakı və Metoxiyadakı barrikadalar qanunsuz olduğun üçün yığışdırılmalıdır. Lakin barrikadadakı insanlar öz etirazlarını sakit tərzdə edirlər. Buna da diqqət yetirilməlidir. Aİ və "Beşlik" ölkələri öhdəsinə düşən işi yerinə yetirməlidir.

***

Baş nazir Albin Kurti bu gün axşama qədər serblərdən Kosovanın şimalındakı barrikadaları yığışdırmağı tələb edib.

Ordu.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Kosova Təhlükəsizlik Şurasının iclasından sonra Albin Kurti bildirib ki, Kosovanın şimalındakı magistrallarda və Metoxiyadakı barrikadalar axşama qədər yığışdırılmalıdır, əks təqdirdə polis müdaxilə edəcək.

Eyni zamanda Baş nazir NATO-nun Kosovadakı missiyasını vəziyyətə müdaxilə etməyə və Kosovada sərbəst hərəkəti təmin etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya     Kosova  


Bizi "telegram"da izləyin