Kosovanın şimalında polis atəşə tutulub

2022/12/1670748884.jpg
Oxunub: 452     11:42     11 Dekabr 2022    
Ötən gecə əsasən etnik serblərin yaşadığı Kosovanın şimalında polislə atışma olub.

Ordu.az xəbər verir ki, bu barədə Kosova Polisi məlumat yayıb.

Qeyd edilib ki, müəyyən kriminal qruplar Kosovanın şimalında bir neçə magistralı bağlayıb, xidməti vəzifələrini yerinə yetirən polislərə atəş açıb.

Polis cavab atəşi açmaq məcburiyyətində qalıb. Polisə atəş açanlar naməlum istiqamətə qaçaraq gizləniblər.

Atışma nəticəsində ölən və yaralananlar yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosova   Serbiya  


Bizi "telegram"da izləyin