Serbiya qoşunlarını Kosovada yerləşdirmək istəyir

2019/11/uid_1-1574160296.jpg
Oxunub: 629     10:39     11 Dekabr 2022    
Serbiya etnik gərginliyin artması səbəbindən serb polisini və qoşunlarını Kosovada yerləşdirmək üçün NATO missiyasına (KFOR) müraciət etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

Bununla belə, Serbiya Prezidenti deyib ki, çətin ki, KFOR bu bu təklifi bəyənsin.

Qeyd edək ki, bundan əvvəl etnik serblərin yaşadığı Kosovanın şimal bölgəsində kütləvi iğtişaşlar və polislə atışma baş verib. Kosovanın şimalında dekabrın 18-də keçirilməsi nəzərdə tutulan mer seçkiləri də gələn il aprelin 23-nə təxirə salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Kosova  


Bizi "telegram"da izləyin