Yaponiya hipersəs raketlərinin qarşısını almaq üçün “Patriot” PAC-3-ü təkmilləşdirmək niyyətindədir

2022/11/1668417156.jpg
Oxunub: 390     09:20     11 Dekabr 2022    
Yaponiya hökuməti “Patriot” PAC-3 raketdən müdafiə sistemlərinin bəzilərini Amerikanın “LTAMDS” radarları ilə təchiz etməyi düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Təkmilləşdirmə komplekslərə hipersəs raketlərini tutmağa imkan verəcək. “LTAMDS” hərtərəfli görmə qabiliyyətini təmin edir.

Yapon mütəxəssislər hesab edirlər ki, radarlar sayəsində aşkarlama məsafəsi bir neçə dəfə artacaq, yüksək sürətlə və dəyişən trayektoriya üzrə uçan hədəfləri izləmək mümkün olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Patriot  


Bizi "telegram"da izləyin