Yaponiyanın "Hakuto-R" kosmik gəmisi Aya uçacaq

2022/12/1670738594.jpg
Oxunub: 305     08:57     11 Dekabr 2022    
Yaponiyanın ilk Aya eniş aparatı "Hakuto-R" bazar günü "Falcon 9" raketi vasitəsi ilə Aya buraxılacaq.

Ordu.az xəbər verir ki, bu barədə "SpaceX" şirkətindən bildirilib.

Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri Bazasında ABŞ-ın Şərq Sahilləri vaxtı ilə saat 02:38-də baş tutacaq.

"Hakuto-R" aparatı Aya uğurla enən ilk şəxsi kosmik gəmi ola bilər. Yaponiyanın “ispace” şirkəti kosmosa eniş robotları üçün texnologiya hazırlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   SpaceX   Hakuto  


Bizi "telegram"da izləyin