Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.
"Kritenbrink və Rozenberqer dekabrın 11-dən 14-dək Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcəklər. Çinə səfərləri zamanı onlar ölkələrimiz arasında rəqabətin məsuliyyətli tənzimlənməsi üzərində fəaliyyəti davam edəcək və əməkdaşlığın potensial sahələrini araşdıracaqlar", - deyə qeyd olunub.
Bundan əlavə, ABŞ administrasiyasının rəsmiləri Dövlət Departamentinin katibi Entoni Blinkenin 2023-cü ilə planlaşdırılan Çin səfərinə hazırlıqlara başlayacaqlar.
"Cənubi Koreya və Yaponiyada onlar bir sıra regional və ikitərəfli məsələlər üzrə məsləhətləşmələrə yekun vuracaqlar", - deyə əlavə olunub.
Ordu.az