İsveç “Tempest” birgə döyüş təyyarəsi proqramında iştirakını dayandırır

2022/12/fd493-1670670557.jpg
Oxunub: 398     15:19     10 Dekabr 2022    
İsveç Britaniyanın rəhbərlik etdiyi “Tempest” döyüş təyyarəsi proqramında iştirakını dayandırır.

Ordu.az xəbər verir ki, bu barədə proqramda iştirak edən İsveçin “Saab” şirkətinin baş direktoru Mişel İohansson məlumat verib.

O, layihənin ilkin vədinin indiyə qədər reallaşmadığını və “Saab” və İsveçin öz gələcək ehtiyaclarını düşündüyü üçün geridə qaldıqlarını bildirib.

“Tempest” hazırda proqramda digər ölkələrlə öz layihəsinin gələcəyini müəyyənləşdirir.

İsveç 2019-cu ilin iyulunda “Tempest” layihəsi üçün Böyük Britaniya və İtaliyaya qoşulub.

Qeyd edək ki, layihədə İsveçin əvəvizə Yaponiya iştirak edəcək. Artıq tərəflər arasında müqavilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tempest   İsveç  


Bizi "telegram"da izləyin