Çin Yaponiyanın müdafiə büdcəsini artırmasının təhlükəli olduğunu bildirib

2022/12/F-35--1670670403.jpg
Oxunub: 444     17:20     10 Dekabr 2022    
Çin Yaponiyanın 5 illik müdafiə büdcəsini 50 faizdən çox artırmaq planını “təhlükəli inkişaf” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning danışıb.

O, Tokionun müdafiə xərclərinin artmasının Asiya qonşuları və beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izləndiyini bildirib.

Yaponiyanın son 10 ildə müdafiə xərclərini davamlı olaraq artırdığını və regional gərginliyi hərbi irəliləyişlər üçün bəhanə kimi istifadə etdiyini bildirən Çin rəsmisi bunun olduqca təhlükəli olduğunu bildirib.

"Yaponiya özünün təcavüzkar ekspansionist keçmişi ilə barışmalı, Asiya qonşularının təhlükəsizlik qayğılarına hörmət etməli və hərbi təhlükəsizlik sahəsində sayıq olmalıdır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaponiya qarşıdakı 5 ildə hərbi büdcəsini 50% artırmağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yaponiya  


Bizi "telegram"da izləyin