Malayziyada döyüş təyyarəsi tenderində rüşvət iddiaları ortaya çıxıb

2022/12/dsf45-1670670160.jpg
Oxunub: 449     18:24     10 Dekabr 2022    
Malayziya Hərbi Hava Qüvvələri yeni yüngül döyüş təyyarələri almaq üçün bir müddət əvvəl tender elan edib. Tenderdə 18 təyyarənin alınması üçün 1 milyard dollar yaxın müqavilə təklif edilib.

Tenderdə 6 şirkət iştirak edib. Çinin “China National Aero-Technology Import & Export Corp” şirkəti JF-17 B təyyarəsi, Cənubi Koreyanın “Korea Aerospace Industries” (KAI) şirkəti FA-50 təyyarəsi, İtalyanın “Leonardo” şirkəti M-346 təyyarəsi, Hindistanın “Hindustan Aeronautics Ltd” (HAL) şirkəti “Tejas”, Rusiyanın “Rosoboroneksport” şirkəti MiQ-35 və YAK-130/M 346 FA təyyarələri, Türkiyənin TUSAŞ şirkəti isə “Hürjet” təyyarəsi ilə iştirak edirdi. Tenderin qalibi Cənubi Koreya şirkəti olub.

Ordu.az xəbər verir ki, Malayziyanın “The Edge Markets” nəşri tenderdə rüşvət qalmaqalının ortaya çıxdığını bildirir.

Bildirilir ki, iddiaçılardan birinin şikayəti əsasında Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (MACC) tərəfindən araşdırma başladılıb. Məsələ ilə bağlı MACC tərəfindən heç bir rəsmi açıqlama verilməyib.

Oktyabrın 1-də Müdafiə Nazirliyi tərəfindən göndərilən rəsmi məktubda iddiaçıya bank zəmanəti şəklində tender depoziti alması bildirilir. Maraqlıdır ki, məktub oktyabrın 10-da parlament buraxıldıqdan sonra uğursuz iddiaçılara göndərilib.

Oktyabrın 27-də təyyarənin alınması üçün təklif verən şirkətlərlə qiymət danışıqları başa çatıb və onlar Maliyyə Nazirliyinin tenderin təsdiqi ilə bağlı qərarını gözləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Döyüş-təyyarəsi  


Bizi "telegram"da izləyin