Yaponiya Rusiya ilə sərhəddə raket yerləşdirməyi nəzərdən keçirir

2018/09/234234_1525757961_1536224724.jpg
Oxunub: 306     14:18     10 Dekabr 2022    
Yaponiyanın Müdafiə Nazirliyi Saxalin və Kuril adaları ilə həmsərhəd olan Kyuşu və Hokkaydo adalarında hipersəs raketlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə NHK telekanalı hökumət nümayəndələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Yaponiya bu məqsədlə 2026-cı ilə qədər quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir. Onlar hipersəs başlıqları ilə ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğuları idarə etməli olacaqlar.

Qeyd edək ki, Yaponiyada ucqar adaları qorumaq üçün 2018-ci ildən bu cür hipersəs silahlarının hazırlanması davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Yaponiya  


Bizi "telegram"da izləyin