Kolonna bu bəyanatı dekabrın 6-da Ermənistanda hökumət-parlament sual-cavabı zamanı edib. “Sərhədi müşahidə etməklə missiya eskalasiya riskini həqiqətən məhdudlaşdırdı”, - deyə o qeyd edib.
Erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, görünən odur ki, tərəflər sülh sazişinin imzalanmalı olduğu şərtlərlə bağlı razılığa gələ bilməyiblər.
“Təbii olaraq bu o deməkdir ki, avropalı müşahidəçilərin missiyası genişləndirilməli və onlar təmas xəttində vəziyyətə nəzarəti davam etdirməlidirlər. Bu, sadə məntiqdən irəli gəlir”, - deyə Qukasyan qeyd edib.
Erməni politoloq vurğulayıb ki, Ermənistan və ya Azərbaycan bu missiyaya etiraz edə bilməz, Rusiya isə bu məsələnin iştirakçısı deyil.
“Təbii ki, bu qərar qəbul ediləndə Rusiya güzəştə getməyə məcbur oldu. İki ay əvvəl belə bir qərarın verilməsinə şərait yaradan arqumentlər və şərtlər bu gün də qüvvədədir, ona görə də müddətin uzadılması çox məntiqlidir. Görünən odur ki, nə Ermənistan, nə də Azərbaycan sülh müqaviləsi imzalamağa çalışmırlar, Ukraynada müharibənin necə bitəcəyini görmək üçün vaxt qazanmağa çalışırlar”, - deyə Qukasyan bildirib.
Digər bir emrəni politoloq Levon Şirinyan qeyd edib ki, Avropa İttifaqı müşahidəçilərinin yerləşdirilməsi müddətinin uzadılmasını müsbət qiymətləndirir.
Onun sözlərinə görə, Rusiya bu yolda şübhəsiz ki, əngəllər yaratmağa çalışacaq.
“Rusiyadan nə qədər uzaqsansa, Allaha bir o qədər yaxınsan. Əlbəttə, Moskva hər şeyi edəcək, amma biz təxribatlara boyun əyməməliyik”, - deyə Şirinyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az