Erməni politoloq: “İlham Əliyev-Nikol Paşinyan görüşünün Sankt-Peterburqda baş tutması mümkündür”

2022/09/1662528842.jpg
Oxunub: 343     15:40     09 Dekabr 2022    
“Ermənistan-Azərbaycan sülh müqaviləsinin yaxın gələcəkdə imzalanacağını təsəvvür etmək demək olar qeyri-mümkündür, çünki ya tərəflər arasında ciddi ziddiyyətli yanaşmalar reallığı, ya da müxtəlif diplomatik təşəbbüslərlə tərəfləri bu müqaviləyə yaxınlaşdırmağa çalışan vasitəçi aktorlar var”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hakob Badalyan deyib.

Badalyan İlham Əliyev-Nikol Paşinyan görüşünün Sankt-Peterburqda baş tutmasını mümkün hesab edib.

“Biz bilirik ki, ilin sonunda MDB-nin qeyri-rəsmi görüşü Sankt-Peterburqda keçiriləcək. Ola bilsin ki, Rusiya bunun çərçivəsində tərəflər arasında müzakirə aparmağa nail olsun, xüsusən də bəyanatlar və işarələr onun mümkünlüyündən danışır. Belə bir görüşün olacağını əminliklə iddia edə bilməsək də, Peskovun açıqlaması bu istiqamətdə ciddi işlərin getdiyinə dəlalət edir. Bu o deməkdir ki, belə bir görüşün Rusiya səviyyəsində təşkili məqsədi qarşıya qoyulub”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Ermənistan  


Bizi "telegram"da izləyin