Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin gündəlik məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiyanın Ukraynada üç həftə sonra ilk dəfə yenidən İran istehsalı kamikadze PUA-larından istifadə etməsi ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, bu məlumatların yoxlanılması davam edir, lakin çox güman ki, Rusiya bir neçə yüz Şahed-131 və Şahed-136-dan ibarət əvvəlki ehtiyatını tükəndirib və İrandan yeni dronlar tədarük edib.
Məlumatda əlavə olunub ki, dekabrın 6-da Ukrayna Baş Qərargahı 14-ü Şahed-136 olmaqla, 17 PUA-nın vurulması barədə məlumat yayıb. Dekabrın 7-də isə Ukrayna rəsmiləri İran istehsalı kamikadze dronlarının Zaporojye və Dnepr vilayətlərini hədəf alması barədə məlumat paylaşıblar.
Ukrayna tərəfi bundan əvvəl Şahed-136 dronunun vurulmasına dair son məlumat noyabrın 17-də paylaşıb.
“Bu təsdiq edir ki, Rusiya ehtimal ki, hücumlarını yeni tədarük edilmiş kamikadze dronları ilə başladıb”, - deyə məlumatda qeyd olunub.
Ordu.az