"Qərb Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir" - Putin

2022/12/1670575168.jpg
Oxunub: 354     12:32     09 Dekabr 2022    
Qərbin istənilən yolla öz hökmranlığını saxlamaq cəhdləri nəticəsində dünyada münaqişə potensialı artır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı və MDB-yə üzv dövlətlərinin müdafiə nazirlikləri nazirlərinin iclasının iştirakçılarına videomüraciətdə bildirib.

O, Qərbin qəsdən xaosun artmasına və beynəlxalq vəziyyətin gərginləşməsinə getdiyini söyləyib.

Putin qeyd edib ki, Qərb Ukraynanı müstəmləkəyə çevirib və Ukrayna xalqından Rusiyaya qarşı yem kimi istifadə edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna  


Bizi "telegram"da izləyin