Bu ayın sonu MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

2022/10/1665726115.jpg
Oxunub: 327     01:37     09 Dekabr 2022    
Dekabr ayının sonunda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Ordu.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək”, - o deyib.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Dövlət-başçıları  


Bizi "telegram"da izləyin