MDB və ŞƏT ölkələrinin müdafiə nazirləri dekabrın 9-da Moskvada görüşəcək

2022/12/1670493859.jpg
Oxunub: 252     13:55     08 Dekabr 2022    
Dekabrın 9-da Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirləri arasında görüş keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparacaq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər”, - qurumun məlumatında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   ŞƏT  


Bizi "telegram"da izləyin