Peru Prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub - YENİLƏNİB

2022/12/1670476201.jpg
Oxunub: 228     01:16     08 Dekabr 2022    
Peru Prezidenti Pedro Kastillo üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Ordu.az xəbər verir ki, bu barədə Perunun hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

ABŞ Dövlət Departamenti isə bildirib ki, P.Kastilonun impiçmenti ilə əlaqədar Vaşinqton onu keçmiş dövlət başçısı kimi qəbul edir.

Qeyd edək ki, bundan əvvəl Peru polisi ölkə Prezidenti Pedro Kastilonu saxlayıb.

***

Peru polisi bundan əvvəl ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastillonu saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb.

Nəşr onun hazırda paytaxt Limada olduğunu qeyd edib.

Xatırladaq ki, Peru parlamenti Prezident Pedro Kastillonun istefasına səs verib. Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb. Birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinin icrasına başlaması üçün andiçmə mərasimi keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Çevriliş  


Bizi "telegram"da izləyin