Peru Prezidenti parlamenti buraxıb, ölkədə fövqəladə vəziyyət elan edib

2022/12/1670475948.jpg
Oxunub: 192     22:35     07 Dekabr 2022    
Peru Prezidenti Pedro Kastilyo parlamentin buraxıldığını elan edib və ölkədə fövqəladə vəziyyət elan edib.

Ordu.az xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bildirib.

P.Kastilyo hüquqi demokratik dövləti bərpa etmək üçün fövqəladə hökumətin yaradılması barədə qərar qəbul olunduğunu deyib: “Bununla əlaqədar belə qərarlar qəbul edilib: hökumət və parlament müvəqqəti olaraq buraxılsın, fövqəladə hökumət yaradılsın, yeni Konstitusiyanın 9 aydan gec olmayaraq qəbul edilməsi məqsədilə mümkün qədər tez müddət ərzində Konqresə yeni seçkilər keçirilsin”.

O məlumat verib ki, Peruda dekabrın 7-dən etibarən komendant saatı tətbiq edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peru   Konqres  


Bizi "telegram"da izləyin