Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini təqdim edib

2022/12/1670437399.jpg
Oxunub: 263     22:06     07 Dekabr 2022    
Avropa Komissiyası Rusiyaya qarşı növbəti, 9-cu sanksiyalar paketini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib.

Sanksiya siyahısında 200 fiziki və hüquqi şəxsin, o cümlədən 3 bank, 4 televiziya və müdafiə sənayesi müəssisələri yer alır. Sanksiyaya görə Rusiyaya ikili təyinatlı pilotsuz vasitələr və onların komponentlərinin ixracı da qadağan edilir.

Lyayen bildirib ki, sanksiya paketinə daha 4 Rusiya kanalının Avropada yayımının dayandırılması, həmçinin Federasiyanın dağ-mədən sənayesinə sərmayələrin tam qadağan edilməsi daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin