Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" hesabında bildirib.
"Terrorçular dinc Kuraxov şəhərinə hücum ediblər. Bazar, avtovağzal, yanacaqdoldurma məntəqəsi, yaşayış binaları atəşə tutulub. Ən azı 6 mülki şəxs həlak olub, 5-i yaralanıb", - Ukrayna Prezidenti qeyd edib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Kiril Timoşenko isə bildirib ki, Rusiya qüvvələrinin reaktiv raket sistemlərindən istifadə edərək Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirməsi nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Ordu.az