Mirzoyan Macarıstanla diplomatik münasibətlərin bərpasının səbəbini açıqlayıb

2021/09/16164-1632213691.jpg
Oxunub: 313     18:12     07 Dekabr 2022    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstanla diplomatik münasibətlərin bərpasının səbəbini açıqlayıb.

Ordu.az xəbər verir ki, o, 2021-ci ilin dekabrında Azərbaycanda saxlanılan 5 Ermənistan vətəndaşının qaytarılmasında Macarıstanın vasitəçi rolunu qeyd edib.

Mirzoyan koronavirusla mübarizədə rəsmi Budapeştin rolunu da vurğulayıb.

O, Macarıstan hakimiyyətinin koronavirusla mübarizədə Ermənistana köməyini də unutmadıqlarını diqqətə çatdırıb: “Səhv etmirəmsə, bizə 100 min doza vaksin verilmişdi. Bu da bir çox həyatı xilas etdi”.

Ararat Mirzoyan yaxın vaxtlarda qarşılıqlı şəkildə səfirlərin təyin olunacağını da vurğulayıb.

Xatırladaq ki, ATƏT-in XİN başçılarının Varşavada keçirilən forumunda Ararat Mirzoyan və Macarıstan XİN başçısı Peter Siyarto 2012-ci ildə dondurulmuş diplomatik münasibətlərin bərpası barədə razılıq əldə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ermənistan  


Bizi "telegram"da izləyin