XİN rəhbəri İsveçin Türkiyə qarşısındakı öhdəliklərə sadiq olduğunu bildirib

2022/12/63908-1670418321.jpg
Oxunub: 218     17:05     07 Dekabr 2022    
“Biz bu ilin iyun ayında Madriddə Türkiyə və Finlandiya ilə imzaladığımız üçtərəfli memorandumda əks olunan öhdəliklərimizi yerinə yetirmək üçün əzmlə çalışırıq”.

Ordu.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström "Atlantic Council"ə müsahibəsində deyib.

“İttiham olunan şəxsləri təhvil verməklə, PKK-nın terror təşkilatı olduğunu vurğulayaraq bizim ərazimizdə fəaliyyət göstərməsinə və işləyə bilməsinə imkan verməyərək, müdafiə təyinatlı hərbi materialların ixracı məsələsinə baxaraq addım-addım öhdəliklərimizi yerinə yetiririk”, - Billstörm bildirib.

O qeyd edib ki, üçtərəfli memorandum həm də İsveç, Finlandiya və Türkiyə üçün səmərəli olan əməkdaşlıq barədədir və ölkələr arasında bu əməkdaşlığın gücləndirilməsinə ehtiyac var: “Məsələn, biz cinayətlə mübarizə orqanlarının əməkdaşlığı istiqamətində daha çox işlərin görülməsini istərdik. Çünki insanlar İsveçdə cinayət törədir və Türkiyəyə qaçır, bununla da onlar məsuliyyətə cəlb olunmaqdan yayınırlar. Mən əminəm ki, bu, elə sahədir ki, Türkiyə hökuməti də memorandumdakı bu hissə ilə bağlı çox qətiyyətlidir və biz ümid edirik ki, bu istiqamətdə, daha sıx əməkdaşlıqla bağlı Türkiyədən addımlar görəcəyik”.

Tobias Billström qeyd edib ki, danışıqlar davam edir: “Lakin mən vurğulamaq istərdim ki, biz irəliləyirik. Biz İsveç olaraq öhdəliklərimizə sadiqik və buna görə də zamanla Türkiyənin ratifikasiyası qərarını gözləyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsveç  


Bizi "telegram"da izləyin