Türkiyə HDQ-yə gələn il altıncı P-72 təyyarəsi təhvil veriləcək

2022/12/EvOse-1670413821.jpg
Oxunub: 302     10:57     08 Dekabr 2022    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə gələn ilkin ilk yarısında P-72 Dəniz Patrul Təyyarəsi təhvil veriləcək.

Ordu.az xəbər verir ki, təyyarə “Meltem III” layihəsi çərçivəsində modernləşdirilən 6-cı aviasiya vasitəsidir.

P-72 dəniz patrul təyyarəsinin beşincisi 2022-ci ilin oktyabr ayında Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib. 6-cı və son modifikasiya edilmiş təyyarəsinin 2023-cü ilin birinci rübündə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Meltem-III” layihəsi çərçivəsində satın alınan P-72 dəniz patrul təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin P-72-lərinin ən mühüm imkanları arasında sualtı qayıqlara qarşı döyüş qabiliyyəti var. Üzərində akustik sistemlər olan P-72-lər Mk-54 və Mk-46 Mod 5 torpedolarını atəşə tutmağa qadirdir.

P-72 təkmil radar sistemi, radioelektron mübarizə vasitələri, akustik sistemlər, taktiki datalink 11 və 16, MK46 və MK54 torpedo imkanları ilə təchiz olunub. Bu sistemlər sayəsində təyyarələr sualtı qayıqlara qarşı mübarizə, suüstü müdafiə müharibəsi, kəşfiyyat, müşahidə və nəzarət, üfüqdən hücum hədəfləmə, axtarış və xilasetmə kimi mühüm vəzifələri yerinə yetirə bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   P-72  


Bizi "telegram"da izləyin