Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın sənaye və Ticarət naziri Reyes Maroto məlumat verib.
Maroto İspaniyada PUA və hərbi helikopter layihələrinin inkişafı üçün “Airbus”a daha çox dəstək vermək istədiklərini ifadə edib.
2,14 milyard avro kreditin iki çoxillik kreditə bölünəcəyi bildirilib. “Airbus”a veriləcək ilk kredit Avropa İttifaqının hərbi PUA inkişaf proqramı çərçivəsində olacaq və 1,43 milyard avro dəyərindədir.
Fransa və İspaniya Silahlı Qüvvələrinin aktiv şəkildə istifadə etdiyi “Tiger” helikopterlərinin modernizasiya layihəsini də hazırlayıb həyata keçirən “Airbus”a veriləcək ikinci kreditin dəyəri 707 milyon avro olacaq.
Tədarüklərə 2028-ci ildə başlaması planlaşdırılan EUROMALE PUA inkişaf layihəsinin yaxın 15 ildə İspaniyada 3000 nəfər üçün iş yeri yaradacağını düşünür. Bu səbəbdən Nazirlik “Airbus”a dəstək verilməsini vacib sayır.
Sevinc Əliyeva
Ordu.az