Türkiyənin Seneqala ixrac etdiyi “Kobra II” döyüş maşınlarının görüntüləri yayılıb

2022/12/seneg-1670413503.jpg
Oxunub: 545     10:44     08 Dekabr 2022    
Türkiyənin Seneqal Xüsusi Təyinatlı Qüvvələrinə ixrac etdiyi “Kobra II” döyüş maşınlarının görüntüləri yayılıb.

Ordu.az xəbər verir ki, görüntülər “Jakepor” adlı “Twitter” istifadəçisi tərəfindən edilən paylaşılıb.

Bundan əlavə, 01 dekabr 2022-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Maximus Air Cargo” şirkətinə məxsus An-124 təyyarəsinin Tekirdağ Çorlu Hava Limanından (TEQ) Seneqala uçduğu bildirilir.

Eyn zamanda, Türkiyənin Maşınqayırma və Kimya Sənayesi Korporasiyasının (MKEK) mühəndisləri tərəfindən yerli və milli imkanlarla hazırlanmış KNT-76 Snayper Tüfəngi Seneqal Silahlı Qüvvələrinin inventarına daxil olub. Seneqalda keçirilən təslim mərasimində çoxlu sayda KNT-76 snayper tüfəngi görünüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Seneqal  


Bizi "telegram"da izləyin