Rusiya Ordusuna T-72B3M tankları təhvil verilib

2022/12/t-72b-1670412400.jpg
Oxunub: 487     15:53     07 Dekabr 2022    
Rusiyanın “Uralvaqonzavod” şirkəti iqtisadi sanksiyalara baxmayaraq T-72B3M əsas döyüş tanklarının ən son modernləşdirilmiş versiyasını Rusiya ordusuna təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı rəsmilərə istinadən əlumat yayıb.

T-72B3 tankı Rusiya ordusunun onurğa sütunudur. Ukraynadakı müharibədən əvvəl Rusiyada 850 ədəd T-72B3 və 520 ədəd T-72B3M tankı var idi.

T-72B3 və T-72B3M tankları Rusiya Ordusu tərəfindən geniş istifadə olunur. Açıq mənbə məlumatlarına görə, Rusiya Ukraynada 240 ədəd T-72B3 və 192 ədəd T-72B3M tankını itirib.

T-72B3M tankları T-72B4 adlanır, T ailəsində ən son nəsil əsas döyüş tankıdır. T-72 və T-72B-nin təkmilləşdirilmiş versiyası olan T-72B3M 2017-ci ilin fevralında Rusiya ordusunda xidmətə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   T-71B3M  


Bizi "telegram"da izləyin