Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir özünün “Twitter” hesabında paylaşım edib.
O, Türkiyə qüvvələrinə 6 ədəd PUA-nın təhvil verildiyini qeyd edib.
“Dünyada oyunu dəyişən və səmada ordumuzu gücləndirən PUA-larımızın tədarükünü davam etdiririk. Nəhayət, 6 ədəd BAYRAKTAR TB2-ni təhlükəsizlik qüvvələrimizə təhvil verdik”, - deyə Dəmir bildirib.
Sevinc Əliyeva
Ordu.az