Braziliya ordusuna İtaliya istehsalı “Centauro II” döyüş maşınları veriləcək

2022/12/dasxa-1670415553.jpg
Oxunub: 333     15:11     07 Dekabr 2022    
Braziliya ordusunun zirehli döyüş maşınları tenderində İtaliyanın “Iveco Defence Vehicles” və “Leonardo” şirkətləri tərəfindən yaradılan “Centauro II” zirehli maşınları qalib gəlib.

Ordu.az xəbər verir ki, bu barədə “InfoDefense” nəşri yazıb.

Tenderdə ikinci yeri ABŞ-ın “General Dynamis Land Systems” şirkətinin “LAV 700 AG” maşınları, üçüncü yeri isə Çinin “Norinco” şirkətinin ST1-BR maşınları tutub.

Müqavilə çərçivəsində ilkin mərhələdə 98 ədəd “Centauro II” tədrarük ediləcək. Qarşıdakı illərdə bu rəqəm 221-ə qədər qalxa bilər.

Zirehli personal daşıyıcısı konfiqurasiyasında hazırlanan “Centauro II” Braziliya ordusuna 120 mm-lik sursat, rəqəmsal atəşə nəzarət sistemləri, inteqrasiya olunmuş rabitə, passiv və aktiv müdafiə sistemləri qazandıracaq.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   İtaliya  


Bizi "telegram"da izləyin